Ançelotti: “Bütün titullar vacibdir, onları yadda saxlamaq lazımdır”
“Real”ın baş məşqçisi Karlo Ançelotti Madrid klubundakı ən parlaq xatirələrindən danışıb.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, o, bu anların heç birini unutmadığını söyləyib:
“Belə məqamlar çoxdur. Valensiyada baş tutan 2014-cü ildəki kral kubokunun finalında “Barselona” ilə oyunda (2:1) Qaret Beylin qaçışından başlayaraq, Serxio Ramosun 2014-cü il Çempionlar Liqasının finalının “Atletiko”ilə matçında (4:1) vurduğu qolun adını çəkəcəm. Bir anı da unutmuram. Keçənilki La Liqada, superkubokda və kral kubokunda qələbələr. Bütün titullar vacibdir, onları yadda saxlamaq lazımdır”.
Xatırladaq ki, italiyalı mütəxəssis bu həftə “Real”la müqaviləsini 2026-cı ilə qədər uzadıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin