Ançelotti “Real” rəhbərliyindən narazıdır

“Real”ın baş məşqçisi Karlo Ançelotti klub rəhbərliyinin ona münasibətindən narazıdır.

Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, transfer məsələlərində rəhbərliyin onun fikirlərini nəzərə almaması italiyalı mütəxəssisin xoşuna gəlmir. Ançelotti “kral klubu”nun heyəti gücləndirmək üçün verdiyi vədlərin bəzilərinin yerinə yetirilməməsindən narazıdır.

Öncədən Braziliya milli komandasının Ançelotti ilə maraqlandığı bildirilirdi. Lakin o, 2023/24 mövsümündə də İspaniya komandasını çalışdıracağını dilə gətirmişdi.

“Real” 2022/23 mövsümündə La Liqanı ikinci pillədə bitirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button