
Ançelotti milli komandanı çalışdıra bilər
Karlo Ançelotti yaxın gələcəkdə iş yerini dəyişə bilər.
İtaliyalı mütəxəssisin “Real”ın baş məşqçi postunu tərk edəcəyi barədə məlumat yayılıb. Onun İspaniya kubokunun “Barselona” ilə final oyunundan sonra (26 aprel) qovulma təhlükəsi var. Ançelottinin növbəti komandası Braziliya millisi ola bilər.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, italiyalı çalışdırıcı ilə təmasda olan braziliyalı iş adamı Roberto Fernandes sözləşmədə vasitəçi kimi çıxış etməyə çalışır. Onun prosesdə iştirakı “strateji” olaraq qiymətləndirilir.
Həmçinin, Braziliya Futbol Konfederasiyasının millinin iyundakı təlim-məşq toplanışından əvvəl yeni baş məşqçi təyin etməsinin vacib olduğu vurğulanır. Braziliya millisi iyunda DÇ-2026-nın seçmə mərhələsində Ekvador və Paraqvay yığmaları ilə oyunlar keçirəcək.
Bizi Facebook-da izləyin