Ançelotti braziliyalını təriflədi
“Real”ın baş məşqçisi Karlo Ançelotti Klublararası dünya çempionatının yarımfinal mərhələsinin “Əl-Əhli” ilə oyununu (1:4) şərh edib.
Komanda.az “Marca” nəşrinə istinadən xəbər verir ki, o, braziliyalı futbolçu Vinisius Juniorun oyun üslubunu dəyərləndirib:
“Vinisius futbol oynamağı çox sevir. O, əla qol vurdu. Son matçlarda görməyə alışdığımız oyunçuya çevrilib. Bir daha sübut etdi ki, möhtəşəm futbolçudur”.
“Sambaçı” 2018-ci ilin yayından “Real”ın formasını geyinir. Cari mövsümdə o, “kral klubu”nun heyətində bütün turnirlər daxil olmaqla 32 oyuna çıxıb, 14 qol vurub və 6 məhsuldar ötürmə edib.
Klublararası dünya çempionatının həlledici qarşılaşmasında Madrid təmsilçisi “Əl-Hilal”la üz-üzə gələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin