Ançelotti gələcəyi ilə bağlı qərar verib

“Real”ın baş məşqçisi Karlo Ançelotti gələcək planları ilə bağlı qərar verib.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis müqaviləsinin sonuna kimi “kral klubu”nun baş məşqçisi kimi qalmaq istəyir. Tərəflər arasındakı sözləşmə 2026-cı ilin yayında başa çatacaq.

Ançelotti “Real”da qalsa, Leverkuzen “Bayer”indən Xabi Alonsonun təyinatı bir müddət gözləməli olacaq. Halbuki ispan mütəxəssisin gələn yay “Real”a rəhbərlik edəcəyi gözlənilirdi.

“Real” ötən mövsüm Ançelottinin rəhbərliyi altında La Liqa və UEFA Çempionlar Liqasının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button