Ançelotti: “Futboldan gedəcəyim gün əla olacaq”
“Real”ın baş məşqçisi Karlo Ançelotti gələcəklə bağlı planlarını bölüşüb.
Komanda.az “Ekip”-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis etiraf edib ki, artıq futboldan getməyi düşünür:
“Gedəcəyim gün əla olacaq. Argentinaya, Maldiv adalarına, Avstraliyaya səfər etmək istəyirəm. Səyahət etməyi düşünürəm”.
Ançelottinin “Real”la hazırkı müqaviləsi 2026-cı ilin ortalarına qədərdir. 65 yaşlı çalışdırıcı hazırkı vəzifəsini 2021-ci ildən tutur. O, əvvəllər “Everton”, “Napoli”, “Bayern”, “Real”, PSJ, “Çelsi”, “Milan”, “Yuventus”, “Parma” və “Recina” kimi klublarda çalışıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin