“Real” və “Barselona” arasında heç vaxt dostluq oyunu olmayıb” – Ançelotti
“Real”ın baş məşqçisi Karlo Ançelotti ABŞ-da baş tutacaq mövsümöncəsi yoldaşlıq turniri haqda fikirlərini bölüşüb.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, o, “Barselona” ilə baş tutacaq görüşdən söz açıb:
“El-klasiko”nun harada keçirilməsinin xüsusi əhəmiyyəti yoxdur. Belə qarşılaşmalar dostluq matçı xarakteri daşımır. Keçən il ABŞ-da fantastik atmosferə şahidlik etdik. Əminəm ki, bu il də ən azı belə olacaq.
Bir də deyirəm: “Real” və “Barselona” arasında heç vaxt dostluq oyunu olmayıb və gələcəkdə də olmayacaq”.
ABŞ-ın Texas ştatının Arlinqton şəhərində keçiriləcək “el-klasiko” iyulun 29-da baş tutacaq. Həmçinin, “kral klubu” öncə iyulun 23-də “Milan”la, 26-da “Mançester Yunayted”lə, avqustun 2-də isə “Yuventus”la üz-üzə gələcək.
Bizi Facebook-da izləyin