Ançelotti: “Çempionlar Liqası çox şıltaq turnirdir”
“Real”ın baş məşqçisi Karlo Ançelotti UEFA Çempionlar Liqasının 1/8 finalının “Liverpul”la oyununu (1:0) şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “kral klubu”nun futbolçuları haqda danışıb:
“Yaxşı oyun keçirdik. Hər şey bizim xeyrimizə oldu. Püşkatmanın necə olacağı məni narahat etmir. Sadəcə qələbə qazanmalıyıq. Hər şey bundan ibarətdir!
Toni Kroos və Luka Modriç əla oynadılar. Futbolçularım oyunun tellərini nəzarətdə saxlamaq üçün çox səy göstərdilər. Çox müasir komandamız var: fürsətcil, öz işinə sadiq, diqqətini yalnız işinə yönəldən.
Çempionlar Liqası çox şıltaq turnirdir. Qalib gəlmək asan deyil. Çoxunun bu mərhələyə qədər görmədiyi komandalar 1/4 finala yüksəlib. Öncəliklə bu, İtaliya A Seriyası təmsilçilərinə aiddir. Biz bütün diqqətimizi oyunlarımıza və qələbələrə yönəltməliyik”.
İki oyunun nəticəsinə əsasən, “Real” Premyer Liqa klubunu 6:2 hesabı ilə məğlub edib və 1/4 finala yüksəlib.
Bizi Facebook-da izləyin