Ançelotti: “Bütün futbol dünyası kimi bu ciddi məsələ məni də narahat edir”
“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya Kral Futbol Federasiyasının Hakimlər Texniki Komitəsinin keçmiş vitse-prezidenti Xose Neqreyra ilə bağlı danışıb.
Komanda.az “Madrid Universal”-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis bu məsələnin onu narahat etdiyini bildirib:
“Neqreyra davasından yeddi ay sonra heç nə dəyişmədiyinə təəccüblənirəm? Bütün futbol dünyası kimi bu ciddi məsələ məni də narahat edir. Biz ədalətin işləməsinə icazə verməliyik və onu dəstəkləməliyik”.
“Barselona” klubu Neqreyraya rüşvət verməkdə ittiham olunur. İstintaq məhkəməsinin rəhbəri, işə rəhbərlik edən Xoakin Agirre klubdan Neqreyraya 7,5 milyon avro ödənilməsini cinayət hesab edib.
Neqreyranın özü, oğlu, həmçinin, “Barselona”nın keçmiş prezidentləri Xosep Bartomeu və Sandro Rossel rüşvətxorluqda ittiham olunurlar.
Bizi Facebook-da izləyin