Ançelotti: “Bu məğlubiyyəti dramatikləşdirməməliyik”
“Real”ın baş məşqçisi Karlo Ançelotti La Liqanın 29-cu turunda “Barselona”ya uduzduqları matçdan sonra (0:4) açıqlama verib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, italiyalı məşqçi məğlubiyyətdə özünün günahkar olduğunu deyib:
“Komanda özünə bənzəmirdi. Başlanğıc yaxşı idi. Amma ilk qolu buraxdıqdan sonra oyuna nəzarəti itirdik.
Onlar bizim səhvlərimizdən istifadə edib qollar vurdular. Fasilədə futbolçulardan çox hücum etməyi istədim. Amma qol vurmaq alınmadı, müdafiədə problemlər yarandı. İkinci hissənin əvvəllərində iki qol buraxdıq.
Azarkeşlər bizdən hər zaman qələbə gözləyir. Bu gün biz uduzduq, amma çempionatda liderliyimiz davam edir. Sakitliyimizi qorumalıyıq. Bu məğlubiyyəti dramatikləşdirməməliyik. Qarşıdakı iki həftədə yaxşı dincəlib, oyunlara hazırlaşmalıyıq. Bugünkü məğlubiyyət mənim – məşqçinin günahı ucbatındandır”.
Bizi Facebook-da izləyin