![](https://komanda.az/wp-content/uploads/2022/01/ancelotti.png)
Ançelotti: “Bu, bir ənənədir, sehrdir”
“Real”ın baş məşqçisi Karlo Ançelotti UEFA Çempionlar Liqasını komandası üçün xüsusi turnir adlandırıb.
“Kral klubu” Avropanın əsas turnirində qələbə sayına görə rekordçudur.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı çalışdırıcı bunun bir ənənə olduğunu deyib:
“Bu, bir ənənədir, sehrdir. Ümid edirəm ki, qələbə seriyamızı davam etdirəcəyik”.
“Real” dünən Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçında səfərdə “Mançester Siti”yə 3:2 hesabı ilə qalib gəlib. Cavab oyunu fevralın 18-də Madriddə keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin