Ançelotti Benzemanın durumundan danışdı

İspaniya La Liqasının 7-ci turunun “Osasuna” ilə oyunu ərəfəsində “Real”ın baş məşqçisi Karlo Ançelotti hücumçu Kərim Benzemanın durumundan danışıb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis, Benzemanın “Osasuna” ilə oyunda meydanda ola biləcəyini deyib:

“Benzema çox yaxşı işləyir və biz onu əsas heyətə daxil etməyi planlaşdırırıq. Kərim həftə boyu komandanın yanında idi. Fiziki durumu normaldır, tam sağalmağa müvəffəq olub.

“Real” Benzemasız yaxşı idi? Oynamadığı üçün qol vurmadı. Kərim indi də həmişəki kimidir. Tezliklə onu yenidən yaşıl meydanda görəcəyik”.

Benzema UEFA Çempionlar Liqasının qrup mərhələsinin sentyabrın 6-da keçirilən “Seltik”lə görüşündə (3:0) zədələnmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button