“Mançester Yunayted”in 7 futbolçusunun transferə çıxarılacağı gözlənilir
“Mançester Yunayted”in 7 futbolçusu yeni baş məşqçi Ruben Amorimin gəlişindən sonra transferə çıxarıla bilər.
Komanda.az “Mirror”-a istinadən xəbər verir ki, çox güman, yayda komanda ciddi şəkildə yenidən qurulacaq. Göndəriləcək futbolçular arasında Harri Maquayr, Kristian Eriksen, Conni Evans, Tyrell Malasia, Viktor Lindelöf, Kazemiro və Antoni var. Bu oyunçulara mövsüm başa çatdıqdan sonra yeni klub axtarmaq lazım olacaq.
Amorim bu ay “Mançester Yunayted”in yeni baş məşqçisi təyin olunub və vəzifəsindən qovulan Erik ten Haqı əvəzləyib.
”Qırmızı şeytanlar” Premyer Liqada 11 turdan sonra 15 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin