“Nyukasl”ı almaq istəyir – keçmiş boksçu

Boks üzrə beş ağırlıq çəkisində keçmiş dünya çempionu Floyd Meyvezer İngiltərədən klub almağa hazırlaşır.

Komanda.az xəbər verir ki, 43 yaşlı sabiq idmançı Premyer Liqa təmsilçisi “Nyukasl”ın səhmlərini almaq istəyir. Bu barədə Meyvezer TMZ-yə açıqlamasında deyib:

“ABŞ-da bu idman növünə sokker deyirik. “Nyukasl” inanılmaz klubdur. Klubu almağımı istəyirsizsə, mənə xəbər verin”.

Meyvezer bundan əvvəl də “Nyukasl” azarkeşləriylə bir görüş keçirib və klubu satın almaqda maraqlı olduğunu onlara bildirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button