NBA klubu 4,4 milyon dollardan imtina etdi
Amerika Milli Basketbol Assosiasiyası (NBA) təmsilçisi “Los-Anceles Leykers” nümunəvi addım atıb.
Komanda.az xəbər verir ki, klub, koronavirus pandemiyasına görə ABŞ hökumətindən aldığı 4,6 milyon dolları geri qaytarıb. Bu barədə CNN məlumat yayıb.
“Los-Anceles Leykers” klubundan edilən açıqlamada, “hökumətin verdiyi yardımın daha çox ehtiyacı olanlara getməsi üçün pulu geri qaytarmağa qərar verdik” deyə, bildirilib.
“Forbes” jurnalına görə, illik gəliri 434 milyon dollar olan “Los-Anceles Leykers”in ümumi dəyəri 4,4 milyarddır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin