AMADA-nın əməkdaşları Türkiyə Dopinqlə Mübarizə Komissiyasında olublar

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Test şöbəsinin əməkdaşları Türkiyə Dopinqlə Mübarizə Komissiyasında (TDMK) olublar.

Komanda.az xəbər verir ki, TDMK-nın baş direktorunun müavini Mehmet Yoğurtcuoğlu qonaqları salamlayaraq, Türkiyənin həyata keçirdiyi antidopinq siyasəti barədə məlumat verib və ölkələrimiz arasında bu sahədə birgə fəaliyyətin vacibliyini diqqətə çatdırıb.

Qonaqlara dopinq nəzarəti prosesinin vaxtı və nəticələrin dəyərləndirilməsi barədə məlumat verilib.

TDMK-nın müxtəlif şöbələrinin iş prinsipləri ilə test planlaması və gələcək planlar barədə müzakirlər aparılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button