Alyona Kolesnikdən reytinq turnirində bürünc medal
Türkiyənin İstanbul şəhərində güləş üzrə Yaşar Doğu-Vehbi Əmrə-Hamit Kaplan reytinq turniri davam edir.
Komanda.az xəbər verir ki, yarışın 3-cü günündə qadınlardan ibarət millimizin 4 üzvü mübarizəyə qoşulub.
Türkan Nəsirova (50 kq) ilk mərhələdə tunisli Sara Hamdiyə uduzub – 0:6.
Tatyana Varansova (53 kq) 1/8 finalda qazax Jıldız Yeşimovaya yenilib – 1:3.
Alyona Kolesnik (59 kq) ilk görüşdə moldovalı son Avropa çempionu Anastasiya Nikitaya məğlub olub – 0:2. Ancaq rəqibin finala yüksəlməsi Kolesnik üçün bürünc medal qazanmaq şansı yaranıb. Kolesnik həlledici görüşdə rumıniyalı Katerina Jidaçevskaya ilə qarşılaşıb və rəqibinə 8:2 hesabıyla qalib gələrək 3-cü yeri tutub.
Elis Manolova (65 kq) startda türkiyəli Gülsüm Bingölə heç bir şans tanımayıb (11:0) və 1/4 finala yüksəlib. Təmsilçimiz rusiyalı Mariya Kuznetsovayla gərgin mübarizə şəraitində keçən görüşdən də qalib (6:5) ayrılaraq adını yarımfinala yazdırıb. Ancaq finalın bir addımlığında son dünya çempionatının bürünc medalçısı Forrest Molinariyə (ABŞ) uduzan Elis bürünc medal uğrunda görüşdə ABŞ-ın digər təmsilçisi Emma Bruntilə 2:3 hesabıyla məğlub olaraq 5-ci yerlə kifayətlənib.
Bizi Facebook-da izləyin