39 dəfə çempion olan futbolçu!
PSJ Fransa Liqa 1-ində sona 5 tur qalmış çempionluğunu rəsmiləşdirib.
Komanda.az “Opta”ya istinadən xəbər verir ki, Paris təmsilçisinin müdafiəçisi Dani Alveş titul sayına görə şəxsi rekordunu yeniləyib. Braziliyalı müdafiəçi bu mövsüm ilk kubokunu qazanaraq, karyerasında 39-cu dəfə çempion olub.
Alveş “Barselona” ilə 28, “Yuventus”la 2, PSJ ilə 5 dəfə çempionluq titulu qazanıb. 35 yaşlı müdafiəçi 4 dəfə də Braziliya millisi ilə kubok əldə edib.
Alveş hazırda ən çox çempion olan futbolçu ünvanını daşıyır. Onun bu göstəricidə ən yaxın izləyicisi isə 37 titulla PSJ-nin sabiq üzvü Maksvelldir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin