Alonso keçmiş futbolçusunu “Real”a gətirə bilər

“Real” oyun tərzini baş məşqçi Xabi Alonsonun tələblərinə uyğunlaşdırır.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, “kral klubu”nun baş məşqçisi Leverkuzen “Bayer”ində birgə çalışdığı futbolçunu komandaya gətirə bilər.

“Real”a müdafiəçi Piero İnkapye təklif olunub. O, müdafiənin mərkəzində, həmçinin, sol cinahda, həm müdafiədə, həm də yarımmüdafiədə oynaya bilir. Ekvadorlu oyunçu Xabi Alonsonun taktiki sisteminə mükəmməl uyğunlaşır.

“Transfermarkt” portalı 23 yaşlı futbolçunu 50 milyon avro dəyərində qiymətləndirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button