Bir təpiyin cəzası: 4 oyun, 12 min avro
Almaniyanın “Şalke” klubunun futbolçusu cəzalandırılıb.
Komanda.az xəbər verir ki, Bundesliqanın 15-ci turunun “Ayntraxt”la matçında qırmızı vərəqə alan Aleksandr Nubel 4 oyunluq diskvalifikasiya olunub. Bu barədə “Şalke”nin mətbuat xidməti məlumat yayıb.
Nubel, Frankfurt təmsilçisi ilə görüşdə ayağıyla rəqibinin sinəsinə zərbə endirmişdi. 23 yaşlı qapıçı 4 oyundan əlavə, 12 min avro da cərimə olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin