Karantin qaydalarını pozub, gecə klubuna getdi
Almaniyanın “Şalke” klubunun futbolçusu Amin Harit karantin qaydalarını pozub.
Komanda.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. 22 yaşlı yarımmüdafiəçi saat 6-dan sonra bir gecə klubunda görülüb.
“Şalke”nin idman direktoru Yohen Şnayder də Haritinin karantin qaydasını pozduğunu və futbolçunun səhvini qəbul etdiyini bildirib.
Almaniyada 22364 nəfər koronavirusa yoluxub, 84-ü isə ölüb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin