“Bundesliqanın yenidən davam etdirilməsi planını dəstəkləyirəm” – nazir
Almaniyanın daxili işlər naziri Horst Zeexofer Bundesliqanın bərpa olunmasının tərəfdarıdır.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə nazir özü açıqlama verib:
“Bundesliqanın bərpa planını real hesab edirəm. Mayda Bundesliqanın yenidən davam etdirilməsi planını dəstəkləyirəm. Bir komandada və ya klubun heyətinin bir üzvündə virus aşkarlansa, həmin komanda iki həftəlik karantinə alınacaq. Oyunların yenidən başlaması üçün cəhd etmək lazımdır”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin