“Borussiya”dan futbolçusuna ağır cəza
Almaniyanın “Borussiya” klubu futbolçusu Markus Türamı cəzalandıracaq.
Komanda.az xəbər verir ki, bu barədə Münhenqladbax təmsilçisinin idman direktoru Maks Eber klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, Bundesliqanın 13-cü turu çərçivəsində “Hoffenhaym”a qarşı keçirilən oyunda rəqib komandanın futbolçusu Stefan Poşun üzünə tüpürən Türamın aylıq məvacibi dəyərində cərimələnəcəyini bildirib. 23 yaşlı hücumçunun aylıq maaşı təqribən 150 min avrodur.
Türam, qarşılaşmanın 79-cu dəqiqəsində Poşla girdiyi ikili mübarizədən sonra rəqibinin üzünə tüpürüb və qırmızı vərəqə alaraq meydandan qovulub. Fransız futbolçu etdiyi hərəkətə görə Poşdan və futbol ictimaiyyətindən üzr istəyib və emosional davrandığını deyib.
“Borussiya” – “Hoffenhaym” matçı qonaqların 2:1 hesablı qələbəsiylə başa çatıb.
Bizi Facebook-da izləyin