Almaniya millisinin sabiq üzvü karyerasını bitirdi

Futbol üzrə Almaniya millisinin və “Bayern” klubunun sabiq müdafiəçisi Holger Badştuber karyerasını başa vurub.

Komanda.az xəbər verir ki, o, 33 yaşında karyerasını bitirdiyini açıqlayıb.

Batştuber “Bayern”in yetirməsidir. O 2017-ci ilə qədər məhz bu klubun formasını geyinib. “Şalke”, “Ştutqart” və “Lutsern”in də uğurları üçün çalışmış müdafiəçi, Almaniya yığmasının heyətində 31 oyuna çıxıb və 1 qolla yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button