Alleqri üçün “Atletiko” qorxusu – Yerinə 3 namizəd var
“Yuventus” Çempionlar Liqasının 1/8 final mərhələsində “Atletiko”ya məğlub olarsa, baş məşqçisi Massimiliano Alleqri ilə yollarını ayıracaq.
Komanda.az “Tuttosport”a istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssisin vəzifəsindən göndəriləcəyi halda, onun yerinə keçə biləcək namizədlər bəlli olub. “Qoca sinyora”nın Alleqrinin yerinə, Zinəddin Zidan, Yurgen Klopp və ya Didye Deşamı gətirə biləcəyi bildirilir.
“Yuventus”un ilk seçiminin Zidan olduğu və Çempionlar Liqasında uğursuzluq olarsa, hərəkətə keçəcəyi deyilir.
“Yuventus”la “Atletiko” arasında ilk oyun fevralın 21-də İspaniyada, cavab matçı isə martın 13-də Turində keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin