Alleqri ərəblərin təklifini qəbul etmədi

“Əl-Hilal” “Yuventus”un çalışdırıcısı Massimiliano Alleqrini baş məşqçi postuna gətirmək istəyir. Səudiyyə Ərəbistanı təmsilçisi italiyalı mütəxəssisə 70 milyon avroluq təklif göndərib.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis bu təklifi qəbul etməyib.

Alleqri istirahət etdiyi Monte Karloda “Əl-Hilal” klubunun rəhbərliyi ilə görüşüb, qərarını onlara açıqlayıb. Buna baxmayaraq, Riyad təmsilçisi italiyalı üçün yenidən təklif hazırlayır.

Xatırladaq ki, Alleqrinin çalışdırdığı “Yuventus” 2022/23 mövsümünü İtaliya A Seriyasında 62 xalla 7-ci pillədə başa vurub. Onlar 2023/24 mövsümündə Avropa Konfrans Liqasında mübarizə aparacaqlar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button