Alfonso Dominqes finala yüksəldi

Azərbaycan boksçusu Alfonso Dominqes Fransada keçirilən Avropa Olimpiya Təsnifat Turnirinin finalına yüksəlib.

Komanda.az xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan milli üzvünü döyüşə çıxmadan bu hüquqa yiyələnib. Buna rəqibinin yarımfinal qarşılaşmasından imtina etməsi səbəb olub.

Hər iki boksçu Tokio-2020-yə lisenziyaya yiyələndiyindən İspaniyanı təmsil edən Qazimaqomed Jalidov Dominqeslə mübarizədən imtina edib.

Yığmamızın digər boksçularından Lorenzo Sotomayor (69 kq) Andrey Zamkovoyla (Rusiya), Məhəmməd Abdullayev (+91 kq) isə Murad Əliyevlə (Fransa) yarımfinal görüşünə qatılmayacaq. Olimpiadaya lisenziyanı təmin edən idmançılar zədə səbəbindən rinqə çıxmayacaqlarından bürünc medalla kifayətləniblər.

Turnirin final döyüşləri sabah olacaq.

Qeyd edək ki, kişi boksçulardan ibarət milli komandamızın 5 üzvü Tokio-2020-də iştiraklarını rəsmiləşdiriblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button