“Aleks kimi əfsanə olmaq istəyirəm” – “Qarabağ”ın yeni transferi
“Qarabağ”ın yeni transferi Kadi Malinovski klubun rəsmi saytına açıqlama verib.
Komanda.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi transferi ilə bağlı bunları söyləyib:
“Azərbaycanın ən böyük klubuna gəldiyim üçün çox xoşbəxtəm. Bura gəlməmişdən əvvəl “Qarabağ” barədə məlumatım var idi. Bilirəm ki, yeni komandam mütəmadi Avropa kuboklarında çıxış edir. Mən də komandamın uğurlarında pay sahibi olmaq arzusundayam. “Koritiba” klubunun yetirməsiyəm. Kumirim Aleks de Souzadır. Aleks Türkiyədə olduğu kimi, Azərbaycanda da çox sevilir. Onun adını əbəs yerə çəkmədim. Aleks necə bir klubun əfsanəsinə çevrilibsə, mən də kumirim kimi “Qarabağ”ın əfsanəsi olmaq istəyirəm. Azarkeşlərimiz məni həddindən artıq isti qarşıladı. Sosial şəbəkədə xoş sözlər yazırlar. Hamısına cavab yaza bilməmişəm və fürsətdən istifadə edib, onların hər birinə təşəkkür edirəm. Onların sevimli futbolçusu olacağıma inanıram. Ümid edirəm ki, azarkeşlərimizlə stadionda tezliklə görüşəcəyik!”
Bizi Facebook-da izləyin