Akademiya rəhbərlərinin iclası keçirildi

Premyer Liqa klublarının akademiya rəhbərlərinin iştirakı ilə iclas keçirilib.

Komanda.az xəbər verir ki, Klublar Komitəsinin təşəbbüsü ilə baş tutan tədbir “Qəbələ” İdman Klubu tərəfindən təşkil olunub.

Klubun ofisində gerçəkləşən toplantıda akademiya nümayəndələri arasında müzakirələr reallaşıb. “Qəbələ” İdman Klubunun prezidenti və Klublar Komitəsinin sədri Fariz Nəcəfov iştirakçıları salamlayaraq görüşün əhəmiyyətini vurğulayıb. Daha sonra iştirakçılar çempionatların formatı və təqvimi, milli komandaların təlim-məşq toplanışları kimi vacib məsələlərlə bağlı fikir mübadiləsi aparıb. İclasda regional yarışlar, infrastruktur, müqavilə sistemi kimi mövzulara da toxunulub. Üzləşdikləri çətinliklər, onların həlli yolları barədə danışan akademiya rəhbərləri Klublar Komitəsinə təqdim olunmaq üçün öz təkliflərini irəli sürüblər. Bəzi məsələlər isə iclasın gedişatında öz həllini tapıb. Görüşün sonunda bir ay ərzində növbəti iclasın keçirilməsi ilə bağlı razılıq əldə edilib. Növbəti tədbirin yeri və vaxtı yaxın müddətdə dəqiqləşəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button