Ailəsi silahlı hücuma məruz qaldı – Messiyə mafiya təhdidi

Argentina yığmasının və PSJ-nin hücumçusu Lionel Messinin ailə üzvləri silahlı hücuma məruz qalıblar.

Komanda.az xəbər verir ki, hadisə Argentinada baş verib.

Belə ki, Messinin həyat yoldaşı Antonela Rokutsonun ailəsinə məxsus market silahlı şəxslər tərəfindən atəşə tutulub.

Bu azmış kimi, cinayətkarlar Messini təhdid etməyi də unutmayıblar. Onlar ünlü futbolçu üçün bu mesajı buraxıblar: “Messi, səni gözləirik. Rosario bələdiyyə sədri Javkin də narkotik ticarətində səni xilas etməyəcək”.

Argentina mətbuatı mafiyanın Messinin izinə düşdüyünü iddia edib. Lakin tərəflər arasındakı problemin nədən qaynaqlandığı bilinmir. Hadisə ilə bağlı araşdırma aparılır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button