Rokenin agenti: “Xavi onu çox sevir”

“Barselona”nın braziliyalı hücumçusu Vitor Rokenin maraqlarını təmsil edən agenti Andre Kuri futbolçunun yay transfer pəncərəsində icarə əsasında mümkün gedişindən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçunun agenti Rokenin “Barselona”da çox xoşbəxt olduğunu bildirib:

“Vitor “Barselona”da çox xoşbəxtdir, onun icarəyə getmək şansı yoxdur. O, fiziki və əqli cəhətdən çox yaxşıdır və bunu meydanda sübut etmək üçün daha çox şans gözləyir. Baş məşqçi Xavi onu çox sevir”.

Roke bu qış “Atletiko Paranaense”dən 40 milyon avro qarşılığında “Barselona”ya keçib. Forvard bütün turnirlərdə 11 oyun keçirib və 2 qol vurub. Onun İspaniya klubu ilə müqaviləsi 2031-ci ilin iyunun sonuna kimi qüvvədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button