“Ağdaş”ın prezidenti və dayısı oğlu telefonun güdazına gedib

Artıq xəbər verdiyimiz kimi, 2-ci Liqa təmsilçisi “Ağdaş” klubunun rəhbəri Rəhman Əliyev faciəvi şəkildə ölüb.

Komanda.az saytı bu hadisənin bəzi təfərrüatlarını öyrənib.

Belə ki, o, ötən gecə dayısı oğlu ilə çay kənarında istirahət edirmiş. Həmin vaxt təsadüfən Rəhmanın dayısı oğlunun telefonu əlindən sürüşərək çaya düşüb. Telefonu götürmək üçün çaya girən Ağdaş Rayon sakini, 1988-ci il təvəllüdlü Fərid Ağazadə çayda boğulmağa başlayıb. Onu sudan çıxartmağa çalışan qohumu, 1990-cı il təvəllüdlü Rəhman Əliyev də boğularaq ölüb.

“Ağdaş” klubunun rəhbəri evli idi, 3 övladı var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button