Komor adaları millisinə ağır cəza
Afrika Millətlər kubokunun 1/8 final mərhələsində Kameruna uduzan və turnirlə vidalaşan Komor Adaları millisi cəzalandırılıb.
Komanda.az xəbər verir ki, Afrika Futbol Konfederasiyası yığma komandanı koronavirusla bağlı qaydaları pozması, oyunçuların forma nömrəsini dəyişməsi və oyunun gec başlaması səbəbindən cəzalandırıb. Komor adaları millisi 35 min dollar məbləğində cərimələnib.
Komor adaları yığmasında Kamerunla oyunda “çərçivə”ni sol cinah müdafiəçisi Şakir Əl-Hadur qoruyub. Buna səbəb qapıçıların ikisinin koronavirusa yoluxması, birinin isə zədəli olması olub.
Komor adaları millisi Kameruna 1:2 hesabıyla uduzub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin