AFFA təşəkkürnamə ilə təltif olundu

Qan donorluğunda fəal iştirakına görə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Milli Hematologiya və Transfuziologiya Mərkəzi və Mərkəzi Qan Bankı tərəfindən təşəkkürnamə ilə təltif edilib.

Komanda.az qurumun saytına istinadən xəbər verir ki, təşəkkürnamə bu gün AFFA-nın baş həkimi Vyaçeslav Xomenkoya təqdim olunub.

Bu il mayın 21-də AFFA-nın təşəbbüsü ilə futbol akademiyasında təşkil olunmuş qanvermə aksiyasında AFFA-nın, Peşəkar Futbol Liqasının, Premyer Liqa klublarının, futbol ictimaiyyətinin nümayəndələri iştirak etmişdi.

İyunun 14-ü bütün dünyada Beynəlxalq Qan Donoru Günü kimi qeyd olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button