Seçimi azalan AFFA: Byazidən Rəşad Sadıqova kimi
AFFA Nikola Yurçeviçin gedişindən sonra boş qalmış Azərbaycan millisinin baş məşqçi postu üçün təyinata hazırlaşır.
Komanda.az-ın əldə etdiyi məlumata görə, federasiya tezliklə yeni baş məşqçinin adını açıqlayacaq. Son vaxtlar yığmanın baş məşqçi postu üçün “Mançester Yunayted”in keçmiş futbolçusu Roy Kinin adı çəkilsə də, federasiya bu seçimdən imtina edib. AFFA-nın hazırda iki əsas seçimi var: italiyalı Canni de Byazi və yerli mütəxəssis. Federasiya 2-3 yerli mütəxəssisin təyinatını nəzərdən keçirir ki, onlardan birincisi mövsümün sonunda karyerasını bitirən Rəşad Sadıqovdur. “Qarabağ”ın və milli komandanın keçmiş kapitanını razı salmağa çalışan AFFA, istəyinə çata bilsə, onunla uzunmüddətli müqavilə bağlamağı düşünür. Amma xüsusi olaraq vurğulayaq ki, federasiyanın əsas istəyi millinin “sükan”ını əcnəbi mütəxəssisə tapşırmaqdır.
Bizi Facebook-da izləyin