AFFA rəsmisi Avropa Futbol Azarkeşləri təşkilatı tərəfindən keçirilən görüşdə iştirak edib

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin azarkeşlərlə əlaqələndirici şəxslərlə iş üzrə məsul şəxsi Yusif Abdullayev Polşanın Poznan şəhərində Avropa Futbol Azarkeşləri təşkilatı tərəfindən azarkeşlərlə əlaqələndirici şəxs və azarkeşlərlə əlaqələndirici şəxs üzrə koordinatorlar arasında keçirilən görüşdə iştirak edib.

Komanda.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Avropanın 13-dən çox ölkə və 20-dən çox klub nümayəndələrinin iştirakı ilə təşkil olunan görüş zamanı SLO-lar arasında informasiya mübadiləsi, SLO koordinatorunun rolu, UEFA Çempionlar Liqasının yeni formatı, yaxın gələcəkdə SLO-lar üçün hazırlanmış plan barəsində danışıqlar aparılıb.

Abdullayev klublarımızın azarkeşlərlə əlaqələndirici şəxslərinin gördükləri işlər və gələcək planları barədə digər həmkarlarını məlumatlandırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button