“Qəbələ” – “Qarabağ” matçındakı insidentə görə cəzalar açıqlanıb

AFFA U-16 Liqasında keçirilmiş “Qəbələ” – “Qarabağ” matçında futbolçular arasında dava düşüb.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, hadisə qarşılaşmanın ikinci hissəsində baş verib.

Meydan sahiblərindən Rəvan Poladlı və Əfqan Əliyev, Ağdam klubundan isə Rəşid Tariverdiyev ilə Abdulaziz Cabbarlı 57-ci dəqiqədə rəqibi vurduğuna görə qırmızı vərəqə ilə cəzalandırılıb.

Onların hər biri qarşıdakı 4 matçı buraxacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button