AFFA Premyer Liqa klubunu Xaçmaza köçürür – Adı “Nabran” olacaq

AFFA rəhbərliyi “Səbail” klubu ilə bağlı yeni planını həyata keçirməyə hazırlaşır.

Komanda.az-ın əldə etdiyi məlumata görə, hazırda Bakıda məskunlaşan Premyer Liqa təmsilçisinin Xaçmaza köçürülməsi planlaşdırılıb. Komanda Xaçmazda məskunlaşandan sonra adı da dəyişdiriləcək. Belə ki, “Səbail” “Nabran” adı altında mübarizə aparacaq. Bütün bunların 2024/25 mövsümündə həyata keçirilməsi nəzərdə tutulub.

“Səbail” hazırda Premyer Liqada 31 turdan sonra 22 xalla sonuncu – 10-cu pillədə qərarlaşıb. Komandanın elitanı tərk etmək ehtimalı kifayət qədər çoxdur. Amma buna baxmayaraq, “Səbail” hansı liqada mübarizə aparır-aparsın, Xaçmaza köçürülməsi baş tutacaq.

“Səbail” 2016-cı ildə yaradılıb. Klubun maliyyəsinin çoxu AFFA-ya bağlıdır. Komanda hazırda ev oyunlarını “ASCO Arena”da keçirir.

Komanda.az

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button