AFFA-nın xərcləri və gəlirləri açıqlanıb

2022-ci ildə AFFA-nın xərcləri və gəlirləri açıqlanıb.

Komanda.az xəbər verir ki, bu barədə qurumun hesabatında bildirilib.

Gəlirlər 33 394 797 manat, xərclər isə 33 032 953 manat təşkil edib.

Gəlirlərin 14 500 000 manatı SOCAR, 6 737 866 manatı UEFA-dan, 6 611 620 manatı yayımdan, 3 485 704 manatı FİFA-dan, 1 180 000 manatı “Vidal” MMC-dən, 28 350 manatı UNICEF-dən, 118 000 manatı “Bakcell”dən, 47 200 manatı “Procter and Gamble”dən, 100 000 manatı “Asia Motors”dan, 585 957 manatı isə digər mənbələrdən daxil olub.

Əsas fəaliyyət xərclərinin 14 048 354 manatı milli komandalara, 3 528 285 manatı əmək haqqı və ezamiyyə xərclərinə, 1 926 880 manatı yarışlara, 2 253 517 manatı hakimlər və hakim-inspektorlara, 655 143 manatı təsərrüfat xərclərinə, 526 433 manatı oyunların təşkilinə, 207 619 manatı aviabilet və otel xərclərinə, 396 090 manatı nəqliyyat xərclərinə, 179 940 manatı kommunal və rabitə xərclərinə, 77 978 manatı təhsilə, 153 860 manatı Marketinq və Sponsorluq Departamentinə, 441 252 manatı “Elit Məşq”, 48 160 “Futbol dərsi” layihəsinə, 96 623 manatı COVİD-19 pandemiyasının təsiri ilə əlaqədar, 1 697 727 manatı VAR layihəsinin tətbiq olunmasına, 386 803 manatı isə digər xərclərə ayrılıb.

Eyni zamanda, digər xərclər üçün də ümumilikdə 6 404 289 min manat ayrılıb.

Bundan sonra qalıq 361 min 844 manat olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button