AFFA-nın növbəti Konfransının gündəliyi məlum olub

Aprelin 2-də keçiriləcək AFFA-nın növbəti Konfransının gündəliyi məlum olub.

Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, saat 10:00-da “Bulvar Marriott Hotel”də start götürəcək toplantının gündəliyinə 6 məsələ daxildir.

Bunlar AFFA prezidenti tərəfindən iclasın açıq elan edilməsi, Konfransın tərkibinin yoxlanılması, AFFA-nın baş katibinin hesabat xarakterli məruzəsi, maliyyə hesabatları, müstəqil auditorun hesabatı və AFFA prezidenti vəzifəsinə, həmçinin İcraiyyə Komitəsinə seçkilərin keçirilməsidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button