AFFA-nın nizamnaməsinə dəyişiklik təklifləri qəbul edildi

AFFA-nın növbədənkənar konfransı keçirilib.

Komanda.az xəbər verir ki, konfransda AFFA-nın nizamnaməsinə edilən dəyişiklik təklifləri qəbul edilib. Təkliflər iştirakçılar arasında səsverməylə qəbul olunub.

Təklif olunan əsas müddəalar bunlar idi:

  1. AFFA-nın idarəetmə orqanlarının müvafiq anlayışlarının verilməsi
  2. Hüquq-tətbiqedici orqan anlayışının daxil edilməsi
  3. Müvafiq müddətlərin müəyyənləşdirilməsi
  4. AFFA-nın İcraiyyə Komitəsinin tərkibində dəyişiklik və üzvlərinin sayının artırılması
  5. İcraçı vitse-prezident vəzifəsi təsis edilməklə vitse-prezidentlərin sayının 4 olaraq müəyyənləşdirilməsi
  6. Prezident və icraçı vitse-prezidentin səlahiyyələrinin həcminin müəyyənləşdirilməsi
  7. Birdən artıq sayda kluba nəzarət qaydasının tam olaraq UEFA-nın nizamnaməsinə uyğunlaşdırılması
  8. Digər dəyişikliklər
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button