“Sumqayıt”ın şikayəti təmin edilmədi
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Sumqayıt” klubu tərəfindən verilmiş apellyasiya şikayəti ilə bağlı qərarını açıqlayıb.
Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Apellyasiya Arbitraj Tribunalının qərarına əsasən, “Sumqayıt” klubu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyib.
Belə ki, AFFA İntizam Komitəsinin 29.10.2021-ci il tarixində “Sumqayıt” futbol klubunun oyunçusu Murad Xaçayev və klub barəsində verdiyi qərar qüvvədə saxlanılıb.
Premyer Liqanın 8-ci turunun “Sabah” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun futbolçusu Murad Xaçayev aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb, klub isə 4000 manat cərimə olunub.
Bizi Facebook-da izləyin