AFFA Klublar Komitəsində 3 səslə yeni sədr

Bu gün AFFA Klublar Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, iclasda komitənin yeni sədri məlum olub. “Sumqayıt” klubunun prezidenti Riad Rəfiyev komitənin yeni sədri seçilib. O, 8 klub nümayəndəsi arasında keçirilən səsvermədə 3 səs toplayıb. “Keşlə” və “Qarabağ”a hərəyə 2, “Səbail”ə 1 səs verilib. 

Komitənin növbəti iclası martın 12-də olacaq. 

AFFA Klublar Komitəsinin əvvəlki sədri “Neftçi”nin prezidenti Kamran Quliyev idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button