AFFA İntizam Komitəsindən 2 kluba texniki məğlubiyyət
AFFA İntizam Komitəsi “Metropoliten” və “Record Club” futzal klublarına texniki məğlubiyyət verib.
Komanda.az xəbər verir ki, buna “Metropoliten”in 1-ci Liqanın 18-ci turunun “Baku Fire-2” ilə oyununa çıxmaması səbəb olub.
“Record Club” isə Yüksək Liqanın 18-ci turunun “Neftçi” İK ilə matçına çıxmayıb. Bu səbəbdən hər iki qarşılaşma baş tutmayıb.
İntizam Komitəsi buna görə hər iki kluba 0:5 hesablı texniki məğlubiyyət verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin