AFFA hakimi təhqir edən futbolçunu cəzalandırıb

AFFA İntizam Komitəsi rəqibi vuran və hakimi təhqir edən futbolçuları cəzalandırıb.

Komanda.az xəbər verir ki, Həvəskarlar Liqasında 2-ci turun “Sparta” və “Gənclər” komandaları arasında baş tutan görüşündə meydan sahiblərinin futbolçusu Fikrət Həsənov rəqibi vurduğu üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyunluq cəzalandırılıb.

Eyni liqada çıxış edən “Dirçəliş” klubunun futbolçusu Oruc Məmmədov da 4 oyunluq diskvalifikasiya edilib. Buna onun “City Baku” ilə matçda təcavüzkar davranışa (rəqibi əl ilə vurmaq) görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılması səbəb olub.

AFFA Gənclər Liqasında keçirilən “Səbail” – İCBFA matçında isə birincilərin futbolçusu Amir Qəribov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalandırılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button