AFFA De Byazini qovub, 3 məşqçidən birini milliyə gətirmək istəyir

Azərbaycan millisinin AÇ-2024-ün seçmə mərhələsində keçirdiyi ilk iki oyunda bərbad çıxışı və biabırçı nəticələri (Avstriya 1:4, İsveç 0:5) AFFA rəhbərliyini hərəkətə keçməyə məcbur edib.

Komanda.az-ın federasiyaya yaxın çevrələrdən əldə etdiyi məlumata görə, artıq Avstriyaya ilk matçda məğlubiyyətdən sonra AFFA rəhbərliyi mümkün baş məşqçi dəyişikliyini müzakirə edib. Onlar milli komanda İsveçlə görüşdə də bərbad oynayacağı və uğursuz nəticə ilə üzləşəcəyi halda, baş məşqçi Canni De Byazini istefaya göndərməyin mümkünlüyünü götür-qoy ediblər.

Yığma komandada De Byazini əvəzləyə biləcək məşqçilərin də adları məlumdur. Ən real namizəd kimi “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov göstərilir. “Turan Tovuz”un çalışdırıcısı Ayxan Abbasov və adı açıqlanmayan bir türkiyəli mütəxəssis də namizədlər siyahısındadır.

AFFA rəhbərliyi baş məşqçi postunda mümkün dəyişiklikdən əvvəl Canni De Byazi ilə görüş planlanlaşdırır. Yalnız bundan sonra milli komanda ilə bağlı yekun qərar veriləcək.

AFFA baş məşqçi postunda dəyişiklik etməyi düşünməklə, özünə yönələn tənqidləri də səngitməyi düşünür. Federasiyada bir qrup adam anlayır ki, bu cür bərbad oyunlardan sonra kimsə istefa verməlidir. Amma dediyimiz kimi, hər şey italiyalı mütəxəssis De Byazi ilə danışıqların nəticəsindən asılı olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button