AFFA Canni De Byazi ilə vidalaşır

AFFA Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ilə yollarını ayıracaq.

Komanda.az xəbər verir ki, bu barədə İtaliyanın “TuttoMercato” nəşri xəbər yayıb.

Uğursuz nəticələr səbəbindən 65 yaşlı mütəxəssisin noyabrın 30-da başa çatacaq müqaviləsinin yenilənməyəcəyi diqqətə çatdırılıb.

Canni De Byazi Azərbaycan millisinə 2020-ci ilin avqustunda baş məşqçi təyin olunub. Milli komanda onun rəhbərliyi altında keçirdiyi 20 oyunda 2 qələbə qazanıb, 6 dəfə heç-heçə edib və 12 dəfə məğlub olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button