Bekhemin adı “Şöhrət zalı”na daxil edildi
Adı İngiltərə Premyer Liqasının “Şöhrət zalı”na daxil edilən daha bir futbolçu məlum olub.
Komanda.az turnirin saytına istinadən xəbər verir ki, bu, “Mançester Yunayted”in sabiq futbolçusu Devid Bekhemdir.
İngiltərəli yarımmüdafiəçi 1993-2003-cü illər aralığında “Mançester Yunayted”də çıxış edib. O, “qırmızı şeytanlar”la Premyer Liqada 265 oyunda 62 qol vurub, 80 məhsuldar ötürmə edib.
Bekhem Stiven Cerrard, Dennis Berqkamp, Frenk Lempard, Roy Kin, Erik Kantona, Tyerri Anri və Alan Şirerdən sonra adı “Şöhrət zalı”na daxil edilən 8-ci futbolçudur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin