
Adı “Beşiktaş”la hallanan futbolçu Fransa klubunda
Adı Türkiyənin “Beşiktaş” klubu ilə hallanan rusiyalı yarımmüdafiəçi Daler Kuzyayev Fransanın “Havr” klubuna keçib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, yeni klubunda 14 nömrəli forma altında çıxış edəcək. Onunla 2025-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Kuzyayev karyerası ərzində yalnız Rusiyada çıxış edib. O, ilk dəfə legioner həyatı yaşayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin