AÇ: Nazim Babayev finalda

Azərbaycan atleti Nazim Babayev Türkiyənin İstanbul şəhərində keçirilən qış Avropa çempionatında finala yüksəlib.

Komanda.az xəbər verir ki, idmançı üçtəkanla tullanma növündə 16.45 metr nəticə göstərib.

Təsnifat mərhələsində 4-cü yeri tutan Babayev finalda iştirak hüququ qazanıb.

Yarışda Azərbaycanın digər atleti Yekaterina Sariyeva da qüvvəsini sınayır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button